Səhər namazı vaxtı 100-ə yaxın ev yandırılıb. Mərkəzi Afrika Respublikasında üsyançı “Seleka” qrupunun lideri Michel Djotodinin prezident olmasından sonra ölkədə müsəlmanlara qarşı şiddət artıb.
Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, səhər namazı vaxtı Bouca qəsəbəsini əhatəyə alan təcavüzkarlar 40 müsəlmanı öldürüb, 100-ə yaxın evi isə yandırıblar. Şahidlərin sözlərinə görə, təcavüzkarlar “Müsəlmanları öldürün, heç birini sağ buraxmayın” deyə qışqırıblar.
Qeyd edək ki, keçmiş dövlət başçısı Francois Bozizenin tərəfdarları Michel Djotodinin hakimiyyətə gəlməsi və bir müsəlmanın dövlət başçısı olmasından sonra müsəlmanlara aid kənd və qəsəbələrə hücumlar artıb. Qaynar.info