
Yəməndə 40 yaşlı kişi 8 yaşlı qızla ailə həyatı qurub
8 yaşlı gəlin toyun səhərisi gün vəfat edib. Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub.
İnsan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edirlər. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib.Qaynarinfo.Az

