Xəbər lenti

400-dən çox Mariupol sakini həbs düşərgəsində: Ayaqqabıları, alt paltarları belə yoxdur...
Dünya13:55 10.04.2022

400-dən çox Mariupol sakini həbs düşərgəsində: Ayaqqabıları, alt paltarları belə yoxdur...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Lyudmila Denisova Ukraynanı dəstəkləyən ruslara istinadən 400-dən çox Mariupol sakininin Penza vilayətindəki həbs düşərgəsində saxlanıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ombudsman "Telegram"da yazıb.
"Bu gün mən Ukraynanı dəstəkləyən Rusiya Federasiyası vətəndaşları ilə söhbət etdim. Onlar Penza vilayətində Ukraynadan zorla deportasiya edilmiş Mariupol sakinləri üçün düşərgə salınması barədə məlumat verdi. Bu, bir neçə binası olan, ətrafı hasarla əhatələnmiş və qapalı tipli müəssisədir. Gözətçiləri, girişdə nəzarət-buraxılış məntəqəsi var. Vətəndaşlarımızın sərbəst hərəkəti məhdudlaşdırılıb, düşərgəni tərk etmək qadağandır”, deyə Lyudmila Denisova bildirib.
Onun sözlərinə görə, düşərgədə 400-dən çox ukraynalı var. Onlardan arasında qadınlar və körpələr də daxil olmaqla müxtəlif yaşlarda olan 147 uşaq var. Bu günlərdə zorla deportasiya edilənlərin daha bir dəstəsi, təxminən 150 nəfərlik qrupun da bu həmin düşərgəyə aparılması gözlənilir.
Ombudsman qeyd edib ki, Penzada saxlanılan ukraynalılar son dərəcə ağır və depressiv vəziyyətdədirlər, onlar Rusiyanı hansı regionuna və nə vaxt aparılacaqlarını bilmirlər. Bu barədə heç bir məlumat verilmir:
"İnsanlar artıq bir neçə həftədir ki, düşərgədə yaşayırlar. Lazımi paltarı, ayaqqabıları, hətta alt paltarları belə yoxdur. Onları zirzəmilərdən, əyinlərindəki qış paltarında aparıblar. Uşaq qidası və şəxsi gigiyena vasitələri yoxdu. Əsl fəlakətdir".
Lyudmila Denisovanın sözlərinə görə, Sberbank nümayəndələri düşərgəyə gəlib, kart hesabları üçün siyahılar toplayıb, hərəsinə 10 min rubl ödəyəcəklərini bildiriblər, lakin bu baş verməyib.
Ombudsman bildirib ki, rusiyalı fəallar Ukrayna vətəndaşlarına  baş çəkiblər. Düşərgədəkilər onlara həyat üçün adi elementar əşyaların olmamasından, qohumları ilə heç bir şəkildə əlaqə saxlaya bilməmələrindən və Ukraynaya qayıtmaq istəklərindən danışıblar.
Ruslar qeyd edib ki, düşərgədə Türkmənistandan olan əcnəbi tələbələr də var. Onlar Mariupoldakı tələbə yataqxanasının altındakı bomba sığınacağında yeməksiz, susuz, istiliksiz və işıqsız gizləniblər, sonra öz hesablarına Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə yollanıblar. Oradan isə zorla Rusiyaya aparılıblar. Ukraynalılardan fərqli olaraq, onlara düşərgədən kənara çıxmağa icazə verilir:
"Bizimkilər isə daim nəzarət altındadır. İndi rusiyalı fəallar Ukraynanın zorla deportasiya edilmiş vətəndaşlarına kömək etmək üçün pul, yemək və geyim toplayırlar. Onlar Penza vilayətində daha üç analoji düşərgənin olduğunu, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin sakinlərinin müharibədən əvvəl - fevral ayında ora aparıldığını bildiriblər. Həmin vaxt Donbassın işğal olunmuş ərazilərinin 90 minə yaxın sakini deportasiya edilmişdi. Fəalların sözlərinə görə, ukraynalılar Rusiya Federasiyasının müxtəlif regionlarına, o cümlədən Xabarovska zorla köçürülür".
Aydın