
ABŞ-ı vuran Delta qasırğası səbəbindən Amerikanın Luiziana və Texas əyalətlərinin 400 mindən çox sakini işıqsız qalıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Poweroutage.us portalının verdiyi məlumatda deyilir.
Luiziana ştatında 301 mindən çox istehlakçı, Texasda isə 113 min nəfər işıqsız qalıb.
9 oktyabr cümə günü qasırğanın üçüncü kateqoriyaya qədər gücləndiyi bildirilib.
Alpər