Xəbər lenti

“44 günlük müharibənin şərtləri ciddi və ətraflı araşdırılmalıdır” - Paşinyan
Siyasət18:59 01.07.2021

“44 günlük müharibənin şərtləri ciddi və ətraflı araşdırılmalıdır” - Paşinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün 44 günlük müharibənin şərtlərinin ciddi və hərtərəfli araşdırılmalı olduğunu söyləyib.
Teleqraf  xəbər verir ki, N.Paşinyan deyib:
"Camaata cavab verilməli olan suallar var. Məhkəmə sistemi çərçivəsində hansı hissənin araşdırılması, hansı sistemin komissiyada və ya qanunvericilikdə nəzərdə tutulmuş digər formatda müzakirə olunacağı ayrı bir məsələdir, lakin qeyd etmək vacibdir ki, 44 günlük müharibənin bütün şərtləri və digər əlaqəli hallar müzakirə edilməli, hüquqi qiymətləndirmə problemi olduğu yerdə araşdırılmalı, hüquqi qiymətləndirməsi verilməlidir”.
Prokurorluq İşçiləri Gününə həsr olunmuş təntənəli iclasda N.Paşinyan "siyasi qiymətləndirmə problemi olan yerdə siyasi qiymətləndirmə verilməlidir” deyib.
Ermənistanın baş naziri vəzifəsini icraçısının sözlərinə görə, yaxın vaxtlarda prokurorluq orqanlarının bununla bağlı görəcəyi çox iş var.