ABŞ-da Maykl Rohana adlı şəxs Filadelfiyada yerləşən Franklin İnstitutunda sərgilən "Terracotta" heykəli ilə öncə selfi çəkib, sonra isə heykəlin barmağını qopararaq oğurlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Rohananın addımı aşkarlanandan sonra o, həbs edilib, lakin pul qarşılığında şərti azadlığa buraxılıb. Çin bu addıma görə gəncin ciddi cəzalandırılmasını ABŞ-dan tələb edir.
Çinə məxsus və 2 min il əvvələ aid "Terracotta" döyüşçü heykəli mövcud olan 10 belə sənət əsərindən biridir və qiyməti 4,5 milyon dollardır. "Terracotta" döyüşçüləri Çinin sahib olduğu ən vacib arxeoloji əsərlərdəndir. Heykəllər 1974-cü ildə Xian kəndliləri tərəfindən tapılmışdı. 2012-ci ildəki qazıntılar zamanı yeni heykəllər aşkarlandı.