Xəbər lenti

450 milyonluq transferin rəsmiləşəcəyi tarix açıqlandı
İdman12:57 23.12.2017

450 milyonluq transferin rəsmiləşəcəyi tarix açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Adı bir müddətdi "Real"la yanaşı çəkilən Neymarla bağlı İspaniya mediası daha bir iddia ilə çıxış edib. 
Qaynarinfo xəbər verir ki, braziliyalı ulduzun "Kral Klubu"na transfer olunacağı tarix açıqlanıb.
"Diario Gol"un iddiasına görə, Neymar 2020-ci ildə "Real"a transfer olunacaq. Bildirilir ki, ulduz futbolçu ən azı iki il PSJ-də qalmaq niyyətindədi və bu istəyini klub rəhbərliyinə çatdırıb. "Real" onu Kriştiano Ronaldonun varisi olaraq komandaya gətirmək istəyir və bu səbəbdən tələsmir.
Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib. "Real"ın onun transferinə 450 milyon avro xərcləyəcəyi bildirilir.