Xəbər lenti

5, 12 və 19-na təyin edilən imtahanların vaxtı dəyişdirildi
Ölkə09:57 16.03.2020

5, 12 və 19-na təyin edilən imtahanların vaxtı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Orta məktəblərdə aprel ayının 5, 12 və 19-na təyin edilən imtahanların vaxtı dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtının da dəyişdirildiyini bildirib:
"5, 12 və 19 aprel 2020-ci il tarixlərində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi, 16 mart – 14 aprel tarixlərində isə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması nəzərdə tutulurdu. Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib. 11-ci sinif buraxılış imtahanları, eləcə də də martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir”.
Kamran Əsədovun sözlərinə görə, ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur.
Bahar Rüstəmli