Amerikanın "Intel" şirkəti İsrailin "Tower Semiconductor" şirkətini 5,4 milyard dollara almaqla bağlı sövdələşmənin Çin hakimiyyəti ucbatından uğursuz ola biləcəyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Seking Alpha" məlumat
yayıb.
"Tower Semiconductor" ixtisaslaşdırılmış çiplərin müqaviləli istehsalçısıdır və "Intel" şirkəti müqavilə bölməsinə inteqrasiya etmək üçün bu şirkəti almağı planlaşdırırdı.
Bununla belə, sövdələşmənin taleyi Çinin antiinhisar orqanlarının hələ qəbul olunmayan qərarından asılıdır. Müqavilənin yekun tarixi avqustun 15-nə təyin edilib.
"Intel"in baş icraçı direktoru Patrik Qelsinger müqavilənin avqustun 15-dən sonra uzadılması ehtimalını şərh etməyib: "Aydındır ki, biz Çin tənzimləyiciləri ilə işləyirik və tezliklə qərara gələcəyimizə ümid edirik. Biz bu müqaviləni başa çatdırmaq üçün əlimizdən gələni edirik”.
Qelsinger yerli tənzimləyicilərlə danışıqlar aparmaq üçün iki dəfə Çinə getdiyini detib. Eyni zamanda, Amerika şirkətinin rəhbəri əmindir ki, "Tower Semiconductor"un alınması üzrə sövdələşmə uğursuz olarsa, "Intel"in öz müqavilə biznesi inkişafdan əziyyət çəkməyəcək.
Aydın