Xəbər lenti

5-ci sinif şagirdi müəlliməni döydü
Dünya10:23 25.09.2013

5-ci sinif şagirdi müəlliməni döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Omsk vilayətində 5-ci sinif şagirdi müəlliməni döyüb.

Qaynar.info xəbər verir ki, 1964-cü il təvəllüdlü müəllimə şagird tərəfindən ağır xəsarətlər yetirilməsi ilə bağlı polisə şikayət edib.

Müəllim şikayətində bildirib ki, məktəbli nizam-intizam qaydalarını pozub, xəbərdarlıqlara məhəl qoymayaraq dərsi dağıtmağa çalışıb.

Bu zaman müəllim onu dərs hissə müdirinin yanına aparıb. Dəhlizdə şagird qadının ayaqlarına bir neçə zərbə vuraraq onu yerə yıxıb.

Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırılma aparılır.

Qaynar.info