Xəbər lenti

5 cinsi cinayətdə ittiham olunan Kevin Speysi Britaniya məhkəməsində
Dünya11:54 16.06.2022

5 cinsi cinayətdə ittiham olunan Kevin Speysi Britaniya məhkəməsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oskar mükafatlı aktyor Kevin Speysi 16 iyun, cümə axşamı cinsi cinayətlərlə bağlı iddialara cavab vermək üçün Britaniya məhkəməsi qarşısına çıxıb. Bu həftənin əvvəlində London polisi Speysini beş cinayətdə ittiham edib: dörd cinsi zorakılıq və bir zorla cinsi əlaqədə olma ittihamı. 
Qaynarinfo-nun "Reuters"ə istinadən məlumatına görə, prokurorlar iddia edirlər ki, Speysi bir kişini oral seksə məcbur edib.
Çinayət işi üzrə ilk dinləməyə o, hüquq komandası ilə birlikdə Londondakı Vestminster Magistrates Məhkəməsinə gəlib.
Polis bildirib ki, iddia edilən hallar 2005-ci ilin martından 2013-cü ilin aprelinə qədər - dördü Böyük Britaniyanın paytaxtında və biri İngiltərənin qərbindəki Qlosterşirdə baş verib. İddialara görə, bu işlərə hazırda 40 yaşlarında olan bir kişi və 30 yaşlarında olan iki kişi cəlb edilib.
Speysi cinsi təcavüzdə təqsirli bilinərsə, onu 6 aylıq həbs və ya cərimə gözləyir.
Xatırladaq ki, 2017-ci ildə aktyor Entoni Rapp 1986-cı ildə - 14 yaşı olarkən Speysini Nyu-Yorkda ona təcavüz etməkdə ittiham etmişdi. Bundan sonra ona qarşı daha bir neçə ittiham irəli sürülüb və bu, Speysinin karyerasına mənfi təsir edib. Məsələn, aktyor "House of Cards” serialından uzaqlaşdırılıb və studiya onu ona təxminən 31 milyon dollar mənəvi təzminat ödəməyə məcbur edib.
Nizami Bağırov