İrəvan Dövlət Azərbaycan Dram Teatrı premyeraya hazırlaşır.
Bu barədə Qaynarinfo-ya əməkdar artist, teatrın baş rejissoru Sərvər Əliyev məlumat verib. O bildirib ki, tamaşa Özbəkistan yazıçısı Kuçkar Narqabilin "5 dul qadın və Rəis" komediyası əsasında hazırlanıb. Tamaşa Rəşid Behbudov adına Mahnı Teatrının binasında baş tutacaq.
Tamaşanın quruluşçu rejissoru Sərvər Əliyev, bəstəkarı xalq artisti Sərdar Fərəcovdur. Şerlərin müəllifi Rəsmiyyə Sabirdir. Baş rollarda Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Elnarə Heydərova, Xədicə Məmmədova, Natiq Həziyev, Güney Əliyeva, Pərvin Dadaşova və Səbinə İmanverdiyeva oynayacaq.
Əsərdə şirkətə yeni təyin olunmuş müdiri 5 dul qadının hansı yolla olursa-olsun yoldan çıxarıb, özlərinə tabe etdirə bilməklərindən bəhs edilir. Rəis isə öz həyat yoldaşını işə xadimə kimi götürüb, işdəki qadınların bütün planlarını öyrənib, əks hücuma keçir.
Bahar Rüstəmli
Şərhlər