Xəbər lenti

5 məmur saxlanıldı
Dünya06:10 29.10.2014

5 məmur saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın baş prokurorluğu Müdafiə Nazirliyinin yüksək çinli məmurlarını saxlayıb. 

Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, nazirliyin 5 nəfər məmuru Tiflis şəhər meriyasının qərarına əsasən saxlanılıb. Gürcü mətbuatının yayımladığı informasiyada bildirilib ki, müdafiə nazirliyinin vəzifəli şəxsləri büdcədən 4 102 872 lari həcmində pul vəsaiti mənimsəməkdə günahkar bilinirlər.  

Saxlanılan şəxslərə 48 saat ərzində ittiham irəli sürüləcəyi gözlənilir. Gürcüstan CM-nin 182-ci (mənimsəmə) maddəsinə əsasən istintaq aparılır. Faktlar təsdiq olarsa, onlar 7-dən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.  

Qaynar.info