Xəbər lenti

5 nəfəri öldürüb intihar etdi
Dünya05:42 30.10.2013

5 nəfəri öldürüb intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Cənubi Karolina ştatında silahlı şəxs 5 nəfəri öldürərək intihar edib.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə yerli Index-Journal xəbər portalı polisə istinadla məlumat yayıb.
 
Mənbənin məlumatına görə, 27 yaşlı Brayan Suett qətlləri Qrinvud şəhəri yaxınlığındakı evlərin birində törədib. GWD Today portalının məlumatına görə, insan girov götürülübmüş. Hadisə yerinə polis və cinayətkarla danışıqların aparılması üçün mütəxəssis cəlb olunub. Lakin cinayətkar təmasa çıxmayıb və polisin SWAT xüsusi təyinatlı dəstəsi binaya daxil olub. Hadisə yerində 6 cəsəd aşkarlanıb. Ölənlər arasında 2 uşağın olduğu bildirilir.
 
İnsidentin digər təfərrüatları açıqlanmır. // APA

Qaynar.info