Xəbər lenti

5 qızı güllələdilər
Dünya11:34 07.12.2013

5 qızı güllələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Rusiyanın Samara vilayəti, Krasnayarsk rayonunda gənc oğlan barda 5 qızı güllələyib.

Ans press-in “Komsomolski Pravda”ya istinadən verdiyi məlumata görə, hadisə baş verərkən barda iyirmiyə yaxın adam olub. Hadisə baş verən kimi əraziya polis çağrılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qarışıqlıq salan və gənc qızları güllələyən şəxsin 26 yaşlı oğlan olduğunu müəyyən edib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub. Onunla hadisədə iştirak edən digər şəxs isə aradan çıxa bilib. Tutulan şəxsdən maddi sübut kimi istifadə etdiyi silah götürülüb.

Açılan atəş nəticəsində xəsarət alan 5 qızdan ikisi azyaşlıdır. Onlardan birinin 16, digərinin 17 yaşı var. Xəsarət alan qızlar xəstəxananya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info