Xəbər lenti

5 uşaqla prezident iqamətgahının yanında oturaq aksiya
Dünya06:43 17.08.2013

5 uşaqla prezident iqamətgahının yanında oturaq aksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda məhkəmənin ədalətsiz və qərəzli qərarı ilə üzləşən Aşot Xudoyan ailəsi və 5 uşağı ilə birlikdə prezident iqamətgahının qarşısında müddətsiz oturaq aksiyaya başlayıb.

Anspress xəbər verir ki, uşaqların anası Eqine Xudoyan jurnalistlərə verdiyi açıqlamada prezidentlə görüşənə qədər aksiyaya davam edəcəklərini deyib. Qadın həmçinin burda qalmaq üçün zəruri olan yorğan-döşşək və qab-qacaq da gətirdiyini bildirib. 

Aşot Xudoyan isə 2009-cu ildə yaşadığı evlə bağlı problem yaşadıqlarını, bu müddət ərzində məhkəmənin onlar barəsində qərəzli qərarlar verdiyini, evsiz qalmaq təhlükəsi ilə üzləşdiklərini deyib. 

Məlumata görə, ailənin ən kiçik uşağı 7 aylıqdır. 

Qaynar.info