Xəbər lenti

50 ən yaxşı universitet seçildi
Dünya16:54 29.04.2015

50 ən yaxşı universitet seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) ixtisas sıralamasına görə 50 ən yaxşı universitet siyahısına daxil olub.
ANS PRESS-in məlumatına görə, siyahı "QS World University Rankings by Subject" layihəsi çərçivəsində hazırlanıb. MDU "Linqvistika" ixtisası üzrə 35-ci, "Fizika və astronomiya" üzrə 36-cı, "Riyaziyyat" üzrə 42-ci, "Müasir dillər" üzrə isə 48-ci yeri tutub. 
Siyahıda birinci yerləri isə Qərb universitetləri, xüsusilə ABŞ və İngiltərə ali təhsil ocaqları tutub. Bunlar arasında Devisdəki Kaliforniya universiteti, Harvard universiteti, Massaçusets Texniki Universiteti, Berklidəki Kaliforniya universiteti, Oksford universiteti, London biznes məktəbi, Stenford universiteti, Kembric universiteti də var.
Qaynar.info