
Erməni hüquq müdafiəçiləri iyulun 17-də İrəvanda polis idarəsinə hücumla əlaqədar həbs olunmuş şəxslərin olduğu polis idarələrini gəzirlər.
"Qaynarinfo.Az" erməni mətbuatına istinadən xəbər verir ki, onların həbsinin səbəbləri öyrənilir.
Onların səyi nəticəsində 50 nəfər, o cümlədən Vaqarşapat polis bölməsində olan fəallar David Sanaryan, Andrias Qukasyan və Şaen Arutunyan azad olunublar. Bu barədə Ermənistan Respublikası Ombudsmanının mətbuat xidmətinin məlumatında bildirilib.
Ombudsman ofisinin əməkdaşları araşdırmalara və vətəndaşlardan gələn müraciətləri cavablandırmağa davam edirlər.
Qeyd edək ki, dünən səhər bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girovluqda saxlayır.
Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis məmuru ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib.
Qızılgül
Qaynarinfo.Az