Xəbər lenti

500.000 insan arasında yeni araşdırma: Yeməyə duz əlavə etmək nə deməkdir?
Dünya09:16 11.07.2022

500.000 insan arasında yeni araşdırma: Yeməyə duz əlavə etmək nə deməkdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
500.000 orta yaşlı britaniyalı arasında aparılan araşdırmaya görə, yeməklərə duz əlavə etmək daha erkən ölümlə əlaqəldirilir. 
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir. 
Tədqiqatçılar müəyyən ediblər ki, yeməyə həmişə duz əlavə etmək kişilərin ömrünü iki ildən, qadınlarda isə bir il yarımdan çox azaldır. Buna yemək zamanı istifadə edilən ədviyyatlar daxil deyil.
Tədqiqatçı komanda insanları yeməklərinə ədviyyat qatmaqdan çəkindirmək üçün güclü sübutların olduğunu deyir. 
"Mənim bildiyimə görə, tədqiqatımız qidalara duz əlavə etmək və vaxtından əvvəl ölüm arasındakı əlaqəni qiymətləndirən ilk tədqiqatdır",- işə rəhbərlik edən Yeni Orleandakı Tulane Universitetinin İctimai Sağlamlıq və Tropik Tibb fakültəsinin professoru Lu Qi deyib.
Süfrədəki yeməyə az və ya heç duz əlavə etməməkklə natrium qəbulunun hətta cuzi şəkildə azaldılması, xüsusilə də ümumi əhali arasında əldə edildikdə, sağlamlığa əhəmiyyətli faydalar gətirə bilər.
Birtaniya Biobankında orta hesabla 9 il ərzində izlənilən nəticələr 500.000-dən çox adamın iştirak etdiyi araşdırmaya əsaslanıb. 2006 və 2010-cu illər arasında tədqiqata qoşulanlardan sensor ekran sorğusu vasitəsilə yeməklərinə duz əlavə edib-etmədikləri və bunu nə qədər tez-tez etdikləri soruşulub.
Duz qəbulunu dəqiq izləmək çətindir, çünki bir çox işlənmiş qidalar yüksək səviyyədə duza malikdir. Sidik testləri ilə də birbaşa ölçü aparmaq olmur. Qərb populyasiyalarında natrium qəbulunun təxminən 70%-i işlənmiş və hazırlanmış qidalardan, 8-20%-i isə süfrəyə qoyulan duzdan əldə edilir. Bununla belə, duz əlavə etmək insanın duzlu yeməklərə üstünlük verdiyinin çox yaxşı göstəricisidir, ona görə də komanda təhlillərini bu ölçüyə yönəldib.
Heç vaxt və ya nadir hallarda duz əlavə etməyənlərlə müqayisədə, yeməyinə həmişə ədviyyat qatanların vaxtından əvvəl ölmə riski 28% artıb. 50 yaşında həmişə duz əlavə edən kişilərin və qadınların ömür müddəti müvafiq olaraq 2,3 il və 1,5 il qısalıb.
Araşdırmada nəticələrə təsir edə biləcək digər amillər, o cümlədən yaş, cins, etnik mənsubiyyət, məhrumiyyətlər, bədən kütləsi indeksi, siqaret, alkoqol qəbulu, fiziki fəaliyyət, pəhriz və diabet, xərçəng və ürək xəstəlikləri kimi tibbi vəziyyətlər nəzərə alınıb.
Göteborq Universitetinin Sahlgrenska Akademiyasının baş elmi işçisi, professor Annika Rosengren deyir ki, çox duz qəbul edən insanlar üçün çoxlu meyvə-tərəvəz yeməklə duz qəbulunu balanslaşdırmaq prioritet olmalıdır. Ancaq ürək xəstəliyi riski yüksək olanlar, ehtimal ki, duz qəbulunu azaltmalıdır. 
Nurlan