Xəbər lenti

500 TIR və sürücülər Rusiya-Gürcüstan sərhədində qaldı
Dünya17:35 17.02.2021

500 TIR və sürücülər Rusiya-Gürcüstan sərhədində qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şiddətli qar səbəbindən Rusiya-Gürcüstan arasındakı Kazbek-Yuxarı Lars sərhəd qapısında 500 TIR və sürücüləri köməksiz vəziyyətdə qalıb.
"Qafqazinfo” "Sputnik”ə istinadən xəbər verir ki, Rusiyadan hərəkət edən 500 TIR-ın Rusiya ilə Gürcüstan arasındakı sərhəd keçid məntəqəsindən istifadə etməsi nəticəsində təxminən 60 kilometr tıxac əmələ gəlib.
Kazbek dağındakı əlverişsiz iqlim şərtləri və qar yağışı vəziyyəti bir az da gərginləşdirib.
Rusiya Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı açıqlama verib:
"Bölgədəki çətin hava şəraiti səbəbindən Şimali Osetiyadakı Yuxarı Lars gömrük keçid məntəqəsində təxminən 500 yük maşını sürücüsü isinmə məntəqələrinə yerləşdirilib”.