Boris Consonun 2022-ci ilin iyul ayında Kerri Saymonds ilə evlənəcəyi bildirilir. Cütlük 2019-cu ilin sonlarından bəri nişanlanıb, lakin bir çoxları kimi koronavirus pandemiyası səbəbindən toy planlarını təxirə salıblar.
Qaynarinfo "Sun” qəzetinə istinadla xəbər verir ki, bu, Cohnsonun üçüncü evliliyi olsa da, Saymonds üçün ilk evlilik olacaq.
Cütlüyün toyu harada qeyd edəcəyi məlum deyil. Bununla birlikdə, Baş nazirin Bukingemşirdəki ofisi toya ev sahibliyi etməlidir. Saymonds xeyriyyəçi olduğu üçün başqa bir mümkün yerin Kent qraflığında Port Limpn Safari Parkı olduğu deyilir.
Bundan əvvəlsə cütlüyün Saymondsun qohumlarının yaşadığı İtaliyada evlənə biləcəyi də bildirilmişdi.
56 yaşlı Conson və 33 yaşlı Saymonds Dovninq Stritdə məskunlaşan ilk evlənməmiş cütlükdür, oraya 2019-cu ilin iyul ayında köçüblər. O, nişanlısına Qəraib adasının Müstik bölgəsinə tətilə getməyi təklif edəndən sonra parlamentin Standartlar üzrə Komissarı Ketrin Stoun bundan sonra 10 günlük tətilin maliyyələşdirilməsində millət vəkilinin davranış qaydalarının pozulmasını araşdırdığını elan edib.
Onların nişanlanması və Saymondsun hamilə qalması barədə xəbərlər keçən fevral ayında açıqlanıb.
Həmin ay Conson rəsmi olaraq keçmiş həyat yoldaşı Marina Villerdən boşanıb, ondan iki qızı, iki oğlu var.
Conson bundan başqa Alleqra Mostin-Oven ilə də evli olub.
Saymonds və Consonun oğlu Vilfred Lori Nikolas Conson 2020-ci ilin aprelində anadan olub. Ona Nikolas adı koronavirus xəstəxanasında yatarkən Consonu müalicə edən iki həkimə ehtiram olaraq qoyulub.
Davninq Strit və baş nazirin köməkçiləri "Sun” qəzetinin hesabatını şərh etməkdən imtina ediblər.
Alpər