Xəbər lenti

5,7 bal gücündə zəlzələ oldu - 16 nəfər ölən var
Dünya19:58 11.09.2016

5,7 bal gücündə zəlzələ oldu - 16 nəfər ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanzaniyada zəlzələ nəticəsində ölənlərin sayı 16-ya çatıb. 

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, təbii fəlakət zamanı 253 nəfər xəsarət alıb.

Məlumata görə, bir neçə ev dağılıb. Qəza yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, 5,7 maqnitudalı zəlzələ Tanzaniyada ötən gün qeydə alınıb. Yeraltı təkanların episentri Nsunqa şəhərindən 20 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Zəlzələ Ruanda, Burundi, Uqanda və Keniyada da hiss olunub.

Qaynarinfo.Az