
Avstriyalı dublyor Coe Tödlinqin özünə od vuraraq 5 dəqiqə 41 saniyə ərzində yanğına davam gətirməsi dünya rekordu qırmasına gətirib çıxarıb.
Qaynar.info xəbər verir ki,Avstriyanın Salqzburq şəhərində baş verən hadisədə 33 yaşlı dublyor özünü yandıraraq küçədə gəzməyə başlayıb.
Tödlinqin bu addımı hələ Ginnesin Rekordlar Kitabına rəsmən düşməsə də, onun oksigen dəstəyi olamadan bu qədər müddətə alova davam gətirmə kateqoriyasında rekorda sahib olduğu bildirilir.
Rekordun əvvəlki sahibi isə 5 dəqiqə 25 saniyə ərzində alova davam gətirən amerikalı Ceyson Dumenqodur.
Qaynar.info