
Qaynar.info-nun "Yeni Müsavat" qəzetinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan şəxs almazı almaq üçün 6 dəqiqə düşünüb. Sonra isə 30 milyon dollar ödəməyə qərar verib. Mütəxəssislər belə almazların nadir hallarda tapıldığını deyirlər.
Məhz bu səbəbdən də onlar çox baha qiymətə satılırlar. Adı açıqlanmayan bir Afrika ölkəsində tapılan almaz kəsilməzdən əvvəl 299 karat imiş. Eyni hərracda mavi rəngli, 7,6 karatlıq bir almaz da 16,1 milyon dollara satılıb. Ötən ay isə Amerikada bir almaz 26,7 milyon dollara satılmışdı. Son zamanlarda Çində və digər Asiya ölkələrində varlıların sayı artdığı üçün almaz alanların sayı artıb.
Qaynar.info