Xəbər lenti

6 məktəbli Xəzərdə boğuldu
Dünya07:36 03.07.2013

6 məktəbli Xəzərdə boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün İranın Mazandaran əyalətinin Nur şəhəri yaxınlığında Xəzər dənizi sahillərində istirahət etmək üçün gəlmiş 16-18 yaşlı 80 nəfər məktəbli uşaqdan altısı dənizdə boğularaq ölüb. 

Trend-in məlumatına görə, həmin məktəblilər İranın Kərəc şəhərindən Mazandaran əyalətinə yay tətili ilə bağlı səyahətə gəlmişdilər. Boğulan uşaqlardan 3-nün meyiti hələ də tapılmayıb.

Qeyd edək ki, indiyədək İranda 20-dən çox şəxs dənizdə boğularaq ölüb. Rəsmi məlumatlara görə, ötən il çimərlik mövsümündə Xəzər dənizində 250-dən çox insan boğularaq həlak olmuşdu.

Qaynar.info