Yaponiyada 6 mindən çox polisin axtardığı məhbus həbs edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, İmabari ərazisindəki həbsxanadan qaçan Tatsumo Hirao 50 km uzaqda yerləşən Xirosimadakı qatar stansiyasında tutulub. 27 yaşlı Hiraonun tutulması üçün 6 mindən çox polis təyin edilmişdi və itlər, helikopterlər və "drone"lardan istifadə edilirdi.
Oğurluq ittihamı ilə həbs edilən və 5,5 il cəzaya məruz qalan məhbus 8 apreldə qaçaraq 22 min nəfərin yaşadığı kiçik ada Mukaişimada gizlənmişdi. O, bir maşını oğurlamış və avtomobilin sahibinə üzr mesajı qoymuşdu.
Yaponiya ədliyyə naziri Hiraonun uzun müddət ərzində tutula bilməməsinə görə üzr istəmişdi.
Gülşən