Rusiyalı 6 dənizçi Qərbi Afrika ölkəsi Benində dəniz quldurları tərəfindən oğurlanıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, hücuma məruz qalan gəminin göyərtəsində 2 Gürcüstan, 4 Ukrayna, 20 Rusiya vətəndaşı olub. Oğurlananların hamısı Rusiyadan olan şəxslərdir.
Benindəki Rusiya səfirliyi hadisə ilə bağlı ölkə rəsmilərilə əlaqə yaradıldığını bildirib.
Gülşən