Rusiyanın Ukraynaya qarşı fevralın 24-ü başlatdığı müharibədə uşaqların bu savaşlardan dolayı yaşantıları dünya gündəminin əsas olayları sırasında günbəgün boy verməkdədir. O da bəllidir ki, müharibə nəticəsində çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirib.
Qaynar TV xəbər verir ki, bu uşaqlardan biri də Kiyev vilayətində yaşayan 6 yaşlı bu oğlandır. Uşağın fotolarını ukraynalı jurnalist Anastasiya Lapatina öz "Twitter" hesabında paylaşıb. Uşağın başına gələnlər insanın qanını donduracaq qədər acınacaqlıdır.
Görüntülərdən bəlli olur ki, azyaşlı uşaq öz həyətlərində dəfn olunan anasının qəbri kənarında dayanıb. Ananın isə müharibənin gətirdiyi bəlalardan biri - aclıq səbəbindən dünyasını dəyişdiyi bildirilir. Paytaxtdakı durum nisbətən sakitləşdikdən sonra həyatında baş verən bu tükürpədici olaydan sarsılan 6 yaşlı uşaq indi anasının qəbri üzərinə konserv qutuları, meyvə şirəsi gətirib qoyur. Bununla anasına kömək edə bilməməyinin ağrı-acılarını büruzə vermiş olur.
Azyaşlının bu fotoları dünya üzrə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/TWvBMW-Ips8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">