Çində 67 yaşlı qadın ana olub.
Qaynarinfo xəbər verir ki, Şandonq vilayətində Tian adlı 67 yaşlı qadın əməliyyatla qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,56 kq olub. Qadın təbii yolla hamilə qalıb.
Doğuş prosesində iştirak edən həkimlərdən Liu Çenqven bildirib ki, Tian 40 yaşlı qadının yumurtalıqlarına sahibdir.
Qeyd edək ki, Tianın 2 övladı və nəvələri var. Övladlarından biri körpəni dünyaya gətirəcəyi təqdirdə anası ilə əlaqələrini kəsəcəyini bildirib.
Gülşən