Əfqan sərhədçisi 7 əsgər yoldaşını güllələyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs Kandaqar vilayətində Spin Boldak rayonunda sərhəd polisinin heyətində xidmət edirdi.
Aprelin 12-nə keçən gecə o, postda xidmət apardığı əsgər yoldaşlarını güllələyib, sonra isə sərhədi keçərək Pakistan ərazisinə qaçıb.
Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” terror qruplaşması götürüb.
Yaraqlılar bildiriblər ki, posta hücum “Omari əməliyyatı"nın bir hissəsidir. (oxu.az)
Qaynar.info