
Qanunsuzluğun hökm sürdüyü Meksikada daha bir dəhşətli cinayət hadisəsi baş verib.
Qaynar.info-nun məlumatına görə, ölkənin Miçoacan ştatının Urupan şəhərində stola oturdulmuş vəziyyətdə 7 nəfərin cəsədi aşkarlanıb. Başlarından vurularaq öldürülən şəxslərin 15-40 yaşları arasında olduğu bildirilir.
Cəsədlərin bəzilərinin sinəsinə, "Xəbərdarlıq. Oğrulara, təcavüzçülərə, adam oğurlayanlara və soyğunçuların sonu bu olacaq" yazılıb.
Qeyd edək ki, Meksikada son 7 ildə narkotika qruplaşmaları arasında baş verən qarşıdurmalarda 70 min insan öldürülüb.
Qaynar.info