Noyabrın 14-də ən böyük bədirlənmiş ay görünəcək. Axar.az-ın verdiyi məlumata görə, alimlərin "Super Ay" adlandırdıqları bu görüntü son 70 ildə ilk dəfə müşahidə olunacaq.
Bunun eyni zamanda 21-ci əsrin Yerə ən yaxın bədirlənmiş Ayı olacağı da söylənilir. NASA açıqlamasında Ayın üfüqə yaxın olduğu zamanda ağacların, evlərin və digər obyektlərin arasından baxıldıqda qeyri-təbii dərəcədə böyük görünəcəyini bildirib.
Qaynarinfo.Az