"Əl Qaidə" terror təşkilatının Suriya qanadı "Əl Nusra" Bəşər Əsəd rejiminə qarşı əməliyyat keçirib.
Qaynar.info xəbər verir ki, əməliyyat İdlib şəhərində baş tutub.
"Əl Nusra"nın yüzlərdə üzvü şəhərə daxil olaraq şəhər rəhbərliyinin oturduğu binaya hücum edib. Terrorçular binada olan 70 nəfərin başını kəsib. Başı kəsilənlərin əksəriyyəti Əsəd ordusunun yüksək rütbəli hərbiçiləri olub.
Binadakı polis və təhlükəsizlik qüvvələrinin üzvləri tərəf dəyişdirərək "Əl Nusra" tərəfinə keçib. Lakin terrorçular şəhəri nəzarətə götürə bilməyib. Ordu bir müddət sonra "Əl Nusra"nı şəhərdən çıxarmağa nail olub.
Qaynar.info