Xəbər lenti

70 yaşlı yazıçı prezident olmaq istəyir
Dünya15:39 05.03.2023

70 yaşlı yazıçı prezident olmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da baş verən hadisələrdən kədərlənirik, ölkə üçün narahatıq. Biz bilirik ki, ölkə indi bir çox çağırışlarla üz-üzədir. "Ədalətsizlik və qorxu qüvvələrinin” öhdəsindən gəlməyə çalışacağam. Bu gün mən ABŞ prezidentliyinə namizədəm.
Qaynarinfo TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Demokratlar Partiyasının tərəfdarı olan 70 yaşlı yazıçı Marianna Uilyamson Vaşinqtonda keçirdiyi mitinqdə söyləyib. O qeyd edib ki, seçki kampaniyası zamanı diqqəti ABŞ-da qeyri-bərabər gəlir və korrupsiya problemlərinə yönəltmək niyyətindədir.
Marianna Uilyamson ABŞ-da 2020-ci il seçkilərindən təxminən bir il əvvəl də prezidentliyə namizədliyini irəli sürüb. Rəy sorğularına görə, o, ciddi seçici dəstəyi toplaya bilməyib.