"Save The Children" təşkilatı öz hesabatında uşaq yaşda evləndirilən qızların sayının getdikcə artdığını açıqlayıb.
Qaynarinfo.Az xəbər verir ki, təşkilat dünyada 700 milyon qız uşağının 18 yaşa çatmamış evləndirildiyi elan edib. Təşkilat hesab edir ki, bu say 2050-ci ildə bir milyard 200 milyon olacaq.
Hesabatda Əfqanıstan, Yəmən, Hindistan, Somali kimi ölkələrdə qız uşaqlarının hətta 10 yaşında da evləndirildiyi vurğulanıb. Bu da təhsil səviyyəsinin düşməsinə, cinsi xəstəliklərin artmasına, erkən hamiləliklə bağlı ölümlərin yüksəlməsi kimi fərqli problemlərin mənbəyinə çevrilir.
"Save the Children" uşaq yaşda evlilik, erkən hamiləlik, ana ölümləri kimi meyarları nəzərə alaraq dünyanın 144 ölkənisınin qız uşaqlarının həyat keyfiyyətinə görə sıralayıb. Bu keyfiyyətlər baxımından ən yaxşı ölkə İsveç olub. Finlandiya, Norveç, Hollandiya və Belçika ilk beşlikdə yer alan ölkələrdir. Türkiyə 144 ölkə arasında 55-ci sırada yer alıb. Siyahının son üçlüyündə, Mərkəzi Afrika Respublikası, Çad və Niger yer alıb.
Qaynarinfo.Az
Şərhlər