Xəbər lenti

700 min yəhudi ağladı... - VİDEO
Dünya05:06 08.10.2013

700 min yəhudi ağladı... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin dini liderlərindən biri, ultramühafizəkar sefard "Tövrat Mühafizləri Hərəkatı" Partiyasının (ŞAS) banisi rebe Ovadya Yosef 94 yaşında vəfat edib
 
Son aylarda o, "Hadassa eyn Karem" klinikasında idi.
 
Milli.Az Haaretz-ə istinadən bildirir ki, 1920-ci ildə Bağdadda doğulmuş O.Yosefin 4 yaşı olanda ailəsi Qüdsə köçmüşdü.
20 yaşında Ovadya Yosef rebe və dini hakim olub. 1968-ci ildə Təl-Əvivin baş sefard rebesi seçilən Yosef 1973-1983-cü illərdə İsrailin baş sefard rebesi olmuşdu.
 
O, son illərdə rəsmi vəzifələr tutmasa da, İsraildəki dindar yəhudilər arasında hədsiz nüfuza malikdir.
Ovadya Yosef dünən axşam saatlarında dəfn olunub.
 
Yəhudilər arasında dindarlar və dünyəvi baxışlara görə ayrı-seçkiliyə son qoymağa çağıran Ovadya Yosef fəlaşların da yəhudi olduqlarını bildirərək qalahik açıqlama vermiş və bununla da Efiopiyadakı yəhudilərin İsrailə köçmələrinə şərait yaratmışdı.
 
Ovadya Yosefin dəfnində 700 min yəhudi iştirak edib.

İsrail tarixindəki ən böyük dəfn mərasimində təhlükəsizliyi 1200 polis təmin etsə də, 20 nəfər basabasda əzilib.

Yüz minlərlə yəhudi ağlaşır, "Bizi qoyub hara getdin?!" deyirdi.

Qaynar.info