Xəbər lenti

73 yaşlı kişi hakimi xəstəxanalıq etdi
İdman14:08 04.04.2016

73 yaşlı kişi hakimi xəstəxanalıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiya çempionatının II dəstəsində "Primorats" ilə "Xrvaçe" klubu arasında keçirilən matçda qeyri-adi olay baş verib.

Qaynar.info xəbər verir ki, 73 yaşlı azarkeş oyun vaxtı meydançaya çıxıb və baş hakimin başına taxta ilə zərbə vurub.

Bu zərbədən yerə yıxılan referi xəstəxanaya aparılıb. Ancaq zədənin o qədər də ciddi olmadığı aşkara çıxıb. Belə ki, hakimin həyat və sağlamlığı üşün heç bir təhlükənin olmadığı müəyyənləşib.

Qeyd edək ki, aprelin 2-də baş tutmuş bu görüş meydan sahibləri olan "Primorats"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandanın mətbuat xidmətindən bildiriblər ki, təhlükəsizlik nümayəndələri yaşlı kişinin belə bir şey edəcəyini ciddiyə almadıqlarından, bu hadisə baş verib.

Qaynar.info