Xəbər lenti

730 bakalavr magistratura oxumaqdan imtina etdi
Ölkə14:40 13.07.2016

730 bakalavr magistratura oxumaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda magistratura səviyyəsinə qəbul olunan bakalavrların ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) "Qaynarinfo.Az"-a verilən məlumata görə, qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib.

730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızdır.

Qaynarinfo.Az