
ANN.Az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Kastalda toy mərasiminin 13 oktyabrda olacağını deyir. Tədbirdə özünü Şeytanın yerdəki rəsulu adlandıran və Braziliyanın ən məşhur satanisti hesab edilən Antonio Firmina tamadalıq edəcək. Təqaüdçü Antonio Firminanı seçməsinə səbəb kimi, kilsənin onun toyunun keçirilməsinə icazə verməməsidir.
Karmelitayla niyə evlənirsən sualına cavab verən Kastalda bildirib ki, keçiylə evlilik onu tam qane edir. "O, ticarət mərkəzlərində pul xərcləmir, danışmır və doğa bilmir", - yaşlı adam deyib. Onun qohumlarının (əgər qohumları mövcuddursa) Kastaldanın bu qəribə qərarına necə reaksiya verdiyi məlum deyil.
Kastalda ev heyvanı ilə nigaha girən yeganə şəxs deyil. 2010-cu ilin dekabrında Cozef Quizo adlı avstraliyalı özünün iti ilə evlənmişdi. Həmin ilin mayında isə alman Uve Mitsşerlix özünün xəstə pişiyinin həyat yoldaşı olmuşdu.
Qaynar.info