Xəbər lenti

75 il əvvəl itən cütlüyün cəsədi tapıldı (FOTOLAR)
Dünya12:17 19.07.2017

75 il əvvəl itən cütlüyün cəsədi tapıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1942-ci ildə itən cütlüyə aid olduğu təxmin edilən 2 meyit tapılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, meyitləri Alp dağlarının İsveçrə hissəsində işləyən işçi 2600 m məsafədən görüb. Əvvəl qaya parçası hesab edilən qaraltının sonradan insana aid olduğu müəyyənləşib və ərazidən bel çantası, qablar, su butulkası, bir cüt kişi və qadın corabı tapılıb. Cəsədlərin geyimləri II dünya müharibəsi dövrünü xatırladır.

Yerli media 7 uşaq sahibi Marselin və Fransin Dimulen cütlüyünün 1942-ci ildə itdiyini və meyitlərin onlara aid ola biləcəyini yazır.

Cütlüyün ən gənc övladlarının hazırda 79 yaşı var və o bütün həyatları boyu valideynlərini axtardıqlarını və tək istəklərinin onları normal şəkildə dəfn etmələri olduğunu deyib.

Gülşən

Qaynarinfo.Az