Livanın Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkədə ən böyük insan alveri bandasının zərərsizləşdirib. Fahişəliyə vadar olunmuş 75 yetkinlik yaşına çatmamış qız azad olunub.
Milli.az Reuters-ə istinadən bildirir ki, "seks kölə"lərinin əksəriyyəti suriyalı qızlardır. Onların bəzilərini cinayətkarlar qaçqın düşərgələrindən qaçırıblar, bəzilərini isə suriyalıların özləri satıblar.
Qızları döyüblər, onlara işgəncələr veriblər. Fahişəliklə məşğul olmayacaqları təqdirdə onların çılpaq fotolarını yayacaqlarını deyiblər.
Polislər bandanın 18 üzvünü - 10 kişini və 8 qadını tutublar. Onlar "satışa çıxardıqları" qızları müştərilərin olduqları gecə klublarına və mənzillərə aparıblar.
Qruplaşma paytaxt Beyrutdan şimaldakı Cuniya şəhərində fəaliyyət göstərib. Qrupun 2 üzvü hələ də axtarışdadır.
Qaynar.info