
Bu gün Fransanın paytaxtında məşhur “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, ifrat sağçı fikirləri ilə tanınan Dominik Venner adlı 78 yaşlı yazıçı-publisist kilsəyə daxil olaraq tapançayla baş nahiyəsinə açdığı atəş ilə həyatına son qoyub. O bu intiharı Fransada bu yaxınlarda eyni cinsli nigahların leqallaşdırılmasına dair qəbul edilmiş qanuna etiraz olaraq həyata keçirib.