Xəbər lenti

8 rus oliqarx 3 ayda öldü - İntihar, yoxsa sui-qəsd?
Dünya12:59 11.05.2022

8 rus oliqarx 3 ayda öldü - İntihar, yoxsa sui-qəsd?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son üç ayda 8 rus oliqarxı müəmmalı şəkildə dünyasını dəyişib. Ölənlərin əksəriyyəti Rusiyanın neft və təbii qaz sektorunda yüksək vəzifəli şəxslərdir. Bu ölümlərin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlar apardığı və dünya ilə üz-üzə qaldığı bir vaxtda baş verməsi şübhələri artırıb.
İNTİHAR GÖRÜNTÜSÜ VƏ YA SUİ-QƏSD 
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aprelin 19-da İspaniyanın Lloret de Mar şəhərində baş verən insidentdə İspaniya polisi rusiyalı oliqarx Sergey Protosenya, həyat yoldaşı və qızlarının cəsədlərini tapıb. Protosenyanın əvvəlcə həyat yoldaşını və qızını boğduğunu, daha sonra özünü villanın bağçasında asdığını düşünən polis qrupları başqa ehtimalları da gündəmə gətirib. 
Bu hadisədən cəmi bir gün əvvəl rusiyalı multimilyarder Vlasdislav Avayev 13 yaşlı qızı və həyat yoldaşı ilə birlikdə Moskvadakı dəbdəbəli evində ölü tapılıb. Avayevin əvvəlcə həyat yoldaşını və qızını öldürdüyü, daha sonra tapança ilə intihar etdiyi açıqlanıb. Avayev və Protonsenya Rusiyada qaz və neft biznesi ilə məşğul olub. O, "Qazprombank”da yüksək səviyyəli rəhbər vəzifəsində və Vladimir Putin administrasiyasında mühüm departamentin direktor müavini vəzifələrində çalışıb.
Bu ilin yanvarında "Qazprom”un aparıcı rəhbərlərindən olan 60 yaşlı Leonid Şulmanın da müəmmalı şəkildə intihar etdiyi açıqlanıb. 25 fevral 2022-ci ildə Aleksandr Tulyakovun Sankt-Peterburqda özünü asaraq intihar etdiyi məlum olub. Tulyakov Rusiya enerji şirkətinin direktorlarından biri olub. Ölümündən 3 gün sonra doğum günü olacaq Ukrayna əsilli neft və qaz maqnatı olan Mixael Vatford İngiltərənin Surrey şəhərindəki malikanəsində asılmış vəziyyətdə tapılıb.
Martın 24-də tibbi ləvazimatlar istehsal edən nəhəng "MedStom” şirkətinin meneceri Vasili Melnikovun həyat yoldaşı və uşaqları ilə birlikdə milyard dollarlıq evində cəsədləri tapılıb və bu ölümlərə də intihar adı qoyulub. Mayın 2-də Putinin qonaqlarını qəbul etdiyi Soçidəki xizək kurortunun direktoru Andrey Krokovskinin qayalıqdan yıxılaraq dünyasını dəyişdiyi açıqlanıb.
Ötən gün daha bir oliqarx ölüb. Rusiyanın ikinci ən böyük neft istehsalçısı "Lukoyl”un keçmiş icraçı direktoru, 43 yaşlı milyarder Aleksandr Subbotin Rusiyanın Mitişi şəhərində şamanların evində ölü tapılıb. Bildirilib ki, Subbotin "astmanı müalicə etmək üçün tərkibində qurbağa zəhəri olan psixi stimullaşdırıcı” dərman almağa getdiyi evdə ölüb.
 
Sergey Protosenya: Onun 400 milyon avro civarında sərvətinin olduğu bildirilir.
Mixail Vatford: Onun 20-25 milyon dollar arasında aktivinin olduğu bildirilir.
Vasili Melnikov: Onun aktivləri ilə bağlı dəqiq rəqəm yoxdur.
Günay