Xəbər lenti

80 ildən sonra toy fotosessiyası - Bəy 102, gəlin 99 yaşında
Dünya15:01 23.02.2017

80 ildən sonra toy fotosessiyası - Bəy 102, gəlin 99 yaşında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində 80 ildir evli olan cütlüyə toy fotosessiyası çəkilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 102 yaşlı Kinqlin Sinq və 99 yaşlı həyat yoldaşı Lişi Sinq 1936-cı ildə ailə qurub. Onlar kasıb olduqları üçün dəbdəbəli mərasim keçirə bilməyiblər. 

Hazırda cütlüyün 6 uşağı, 5 nəvəsi və 4 nəticəsi var. 4 nəsil eyni evdə yaşayır.

2016-cı il aprelin 23-də evliliklərinin 80 illiyini qeyd edən yaşlılara yaxınları sürpriz edərək, onlar üçün toy fotosessiyası hazırlamaq qərarına gəliblər.

Belə ki, Lişiyə gəlinlik, Kinqlinə isə Çinin ənənəvi bəy libası geyindirilib.

Qaynarinfo.Az