
Türkiyənin 81 əyalətində 40 min polis, 7 helikopter, 10 gəmi, 138 xüsusi təlim görmüş itlərlə birgə “Huzur” əməliyyatı keçirib.
Türkiyə hüquq-mühafizə orqanlarını xəbər verir ki, ölkənin 81 əyalətində eyni vaxtda geniş miqyaslı əməliyyat aparılıb.
Əməliyyatda Terror, Çevik Qüvvələr, Mütəşəkkil Cinayətlərlə Mübarizə, Narkotiklərlə Mübarizə, Dəniz, Hava qüvvələrinə məxsus 5 min 863 komandanın 40 min 507 əməkdaşı iştirak edib.
İstanbulun giriş və çıxışlarında 906 məntəqədə axtarışlar aparılaraq şübhəli şəxslər və maşınlar yoxlanılıb.(AzNews.az)
Qaynarinfo.Az