ABŞ-ın Filadelfiya ştatında yaşayan 86 yaşlı qadın bank soyarkən tutularaq ən yaşlı soyğunçu ünvanına sahib çıxıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, polisin verdiyi məlumatda 86 yaşlı Emili Kuuklinin bank işçilərinə silah çəkərək 400 dollar istədiyi və hədələr yağdırdığı bildirilir. Ayaq üstündə durmaqda və yeriməkdə çətinlik çəkən qadın tutulandan sonra bankdan kömək vasitəsilə çıxarılıb.
Bank nümayəndəsi hadisəni çılğın və ağlasığmaz adlandırıb.
Hadisədən sonra qadının silahının boş olduğu məlum olub və üzərindən mərmilər tapılıb.
Emili Kuukli daha sonra sərbəst buraxılıb.
Gülşən