Xəbər lenti

89 yaşlı milyonçu oğurluğa görə həbsdə yatacaq
Dünya08:45 18.06.2013

89 yaşlı milyonçu oğurluğa görə həbsdə yatacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Manhetten Ali Məhkəməsi 89 yaşlı milyonçu Entoni Marşal haqqında çıxardığı qərarı qüvvədə saxlayıb. 

Qaynar.info-nun məlumatına görə, Marşal anası Bruk Astorun milyonlarını oğurladığı üçün 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.  

Xeyriyyəçiliklə məşğul olan Nyu-Yorkun məşhur elitası Astor 2007-ci ildə 105 yaşında vəfat etmişdi. 

Marşal isə hələ anası sağ olan zaman Astora məxsus 200 milyonluq var dövlətin bir hissəsini mənimsəmişdi. 

Marşalın vəkili isə bildirib ki, onun müvəkkilinin səhhətində ciddi problemlər var və onu bu yaşında həbsxanaya atmaq qəddarlıq olardı.

Qaynar.info