Xəbər lenti

9 yaşlı universitet müəllimi - FOTO
Dünya06:06 06.05.2013

9 yaşlı universitet müəllimi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Çerkassı universitetində tarix dərsi verən 9 yaşlı uşaq hər kəsi təəccübləndirib. 

Qaynar.info-nun məlumatına görə, Vitali Neçayev adlı uşaq əsl müəllimlər kimi əyninə kostyum geyinərək universitetdə tələbələrin qarşısına çıxır. 

3 yaşında danışmağa başladığı üçün ailəsi Vitali üçün narahatlanmağa başlasa da, sonradan ortaya çıxan vəziyyət onları çox təəccübləndirib. Uşaq danışmaqla bərabər oxumağa da başlayıb. Riyaziyyat və tarixi olduqca gözəl bilən balaca dahi bütün ölkədə şöhrət qazanıb. 

Ukrayna prezidenti Viktor Yanukoviç 9 yaşlı müəllimə qol saatı da hədiyyə edib. 

Qaynar.info