90 illik şokalat istehsalçısı adını dəyişib. Qaynar.info xəbər verir ki, buna səbəb İŞİD olub.
Belə ki, İŞİD ingiliscə İSİS yazılır. "Italıo Suisse" şirkəti isə ötən ilin sonlarında adını dəyişərək ISIS qoymuşdu. Son dövlər İŞİD-in adının qanlı olaylarda hallanması bu marka şokaladın satışına da ciddi təsir edib.
ISIS-in satış müdiri Desiree Libeert ad dəyişikliyinin səbəbini açıqlayıb: "Şokaladlarımız üçün İSİS adını seçmişdik. Eyni adlı bir terror təşkilatının olduğunu bilsəydik, bu adı əsla götürməzdik. Dünyanın əksər yerlərindəki müştərilərimiz adımıza görə şokaladlarımızı almayacağını söyləd i. Bu səbəbdən şirkətin adını qurucularının soyadı olan "Libeert" qoymaq qərarına gəldik".
Qeyd edək ki, dünyanın ən böyük şokalad istehsalçılarından ooan İSİS ildə 5 min top məhsul istehsal edir ıə 35 milyon avro qazanır.
Qaynar.info