Tayland kralı Bhumibol Adulyadejin külləri ölümündən bir il sonra 250 min insanın iştirak etdiyi mərasimlə basdırılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 5 gün davam edəcək mərasim üçün yeni kral Maha Vajralonqkorn təxminən 90 milyon dollar pul xərcləyib. 13 oktyabr 2016-cı ildə 88 yaşında dünyasını dəyişmiş kralın cənazəsini daşıyan nəqliyyat vasitəsi xalqın görə bilməsi üçün 2 kilometrlik ərazidə 5 saat müddətində daşınıb.
Vajralonqkornun yandırılması üçün nəzərdə tutulan qızıl örtüklü krematorium 10 ay müddətində hazırlanıb.
Yüksək təhlükəsizlik tədbirlərinin təmin edildiyi dəfndə bir çox yol və müəssisələr bağlanıb. İnsanlar dəfnə qara geyimlə gəlib və kral üçün göz yaşları töküblər.
Ölkədə 70 il hakimiyyətdə olan kral ağciyər infeksiyası və böyrək çatışmazlığı səbəbilə dünyasını dəyişmişdi.
Mərasimə dünyanın bir çox ölkələrinin nümayəndələri qatılıb.